Bank Of Baku

Azərbaycan London Olimpiadasına 41-ci lisenziyanı qazanıb

Azərbaycan London Olimpiadasına 41-ci lisenziyanı qazanıb
# 28 aprel 2012 11:38 (UTC +04:00)
Apasport.az saytının məlumatına görə, Böyük Britaniya paytaxtında baş tutacaq möhtəşəm yarışa vəsiqəni yunan-Roma güləşçimiz Emin Əhmədov (74 kq) qazanıb.

O, Çinin Tayuan şəhərində keçirilən Dünya Olimpiya Təsnifat Turnirində finala yüksəlməklə bu nailiyyətə imza atıb.

Bununla da Azərbaycan olimpiya yığmasında “London-2012”yə lisenziyaların sayı 41-ə, güləş üzrə millimizdə isə 12-ə çatıb.
1 2 3 4 5 İDMAN XƏBƏR

Olimpiada

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR