Bank Of Baku

Ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunan veloturun açılışı olub - FOTOSESSİYA

Ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunan veloturun açılışı olub - <font color=red>FOTOSESSİYA</font>
# 09 may 2012 09:51 (UTC +04:00)
Bakı – APA. Bu gün “Azadlıq” meydanında 23 yaşadək velosipedçilər arasında ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunan veloturun açılışı olub. Apasport.az saytının məlumatına görə, Azərbaycanda ilk dəfə təşkil edilən 5 mərhələlik yarışa Bakıda start verilib. 30 kilometrlik ilk mərhələyə əvvəl qadınlar başlayıb.

Mayın 13-dək davam edəcək velotur komanda yarışı ilə başlayır və ardınca peloton Böyük Qafqaz dağlarına doğru istiqamətlənəcək. Orada növbəti 3 mərhələ keçiriləcək. Veloturun ən şimal nöqtəsi olan Şəkiyə çatdıqdan sonra yarış iştirakçıları Bakıya qayıdacaq.

Yarış marşrutu çoxsaylı beynəlxalq turların təşkilində böyük təcrübə toplamış, o cümlədən 2007-ci ildə UCİ-nin himayəsi altında keçirilmiş şose üzrə dünya çempionatının təşkilatçısı olan Albrext Roeder tərəfindən planlaşdırılıb.

Qeyd edək ki, velotur Beynəlxalq Velosipedçilər İttifaqının (BVİ, fransızca UCI) təqvim planına daxil edilmiş və 2.2 U-23 (19-23 yaş həddi) kateqoriyasına aid BVİ kontinental turudur. Azərbaycanda ilk dəfə keçiriləcək peşəkar velosiped idmanı yarışına hər biri 6 idmançıdan ibarət olan və dünyanın ən müxtəlif ölkələrini təmsil edən komandalar qatılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR

Olimpiada

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR