Bank Of Baku

Bakıda keçirilən beynəlxalq velotur çərçivəsində qadınların fərdi yarışında Azərbaycan velosipedçisi birinci yeri tutub

Bakıda keçirilən beynəlxalq velotur çərçivəsində qadınların fərdi yarışında Azərbaycan velosipedçisi birinci yeri tutub
# 09 may 2012 10:18 (UTC +04:00)
«APA-Economics»in məlumatına görə, bununla bağlı bu gün keçirilən mətbuat konfransında təşkilat komitəsinin üzvü Rövşən Məmmədov bildirib ki, qadınlar üzrə yarışda birinci yerin qalibi Azərbaycanı London Yay Olimpiadasında təmsil edəcək Yelena Çalıx olub. Sonrakı yerləri isə Ukrayna təmsilçisi Olena Pavluxina və Litva təmsilçisi Aleksandra Sosenko tutublar.

R. Məmmədov bildirib ki, qadınların iştirak etdiyi velotura bu gün saat 10:30-da start verilib və yarış saat 11:30-da başa çatıb. İştirakçılar Azadlıq meydanından Zığ şosesinə və geriyə 26 kilometr məsafə qət ediblər.

R. Məmmədov bir neçə dəqiqədən sonra kişilərin iştirakı ilə velotur yarımasına start veriləcəyini bildirib.

Qeyd edək ki, mayın 9-13-də Heydər Əliyevin xatirəsinə həsr olunmuş Bakıda ilk beynəlxalq velotur keçirilir. Tur Azərbaycanda velosiped idmanı üzrə keçiriləcək ilk peşəkar yarışdır. Beş mərhələdən ibarət tur Bakı küçələrində komanda yarışları ilə başlayacaq və beş gündən sonra yenidən Bakı şəhərində yekunlaşacaq. Bakıda keçiriləcək komanda yarışlarından sonra, əsas yarışçı qrupu Böyük Qafqaz dağlarına doğru istiqamətlənəcək.

Velotur Beynəlxalq Velosipedçilər İttifaqının (UCİ) təqvim planına daxil edilib. Yarışın təşkilatçıları Azərbaycan Velosiped idmanı Federasiyası, Gənclər və İdman Nazirliyi və Almaniyanın «FreundeEventlogistik» şirkətidir.
1 2 3 4 5 İDMAN XƏBƏR

Olimpiada

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR