Prezident İlham Əliyev XXX yay Olimpiya oyunlarında iştirak edəcək Azərbaycan heyətinin yola salınması mərasimində iştirak edib - FOTOSESSİYA - YENİLƏNİB
Tədbirdə çıxış edən prezident İ. Əliyev Azərbaycan idmançılarının Olimpiya oyunlarında qələbə qazanacaqlarına əmin olduğunu bildirib.
Azərbaycan hökumətinin ölkədə idmanın inkişafı üçün çoxsaylı tədbirlər həyata keçirdiyini diqqətə çatdıran dövlət başçısı idmançıların məişət problemlərinin yüksək səviyyədə həll olduğunu söyləyib: “İdman bölmələrinə axın kütləvi xarakter alıb. Bizim ölkənin idman şöhrəti artıb, idmanın kütləviliyi təmin edilib. Ölkədə yeni idman infrastrukturu yaradılır. Artıq bəzi ölkələr bu sahədə Azərbaycanın təcrübəsini öyrənirlər. Hər il idmançılarımız Avropa və dünya çempionatlarında yüzlərlə medal qazanırlar”.
Prezident ölkədə Olimpiya mərkəzlərinin tikintisinin davam etdirildiyini qeyd edib. Dövlət başçısının sözlərinə görə, hazırda respublikada 34 Olimpiya mərkəzi fəaliyyət göstərir, 8 mərkəzin tikintisi isə davam etdirilir. Bununla paralel ölkədə idmanın inkişaf dinamikası da yüksəlir: “Komandamızın idmançılarının əksəriyyəti Olimpiya oyunlarında ilk dəfədir iştirak edirlər. Gənclərimizin idmana marağı yüksəkdir. Azərbaycan idmançıları bu gün dünyada çox ciddi rəqib hesab olunurlar”.
Prezident Bakı şəhərində böyük idman infrastrukturunun yaradıldığını da bildirib. Bu il Olimpiya stadionunun tikintisinə başlanacağına ümid etdiyini deyən prezident bununla yanaşı müasir üzgüçülük kompleksinin inşa ediləcəyini vurğulayıb.
Dövlət başçısı həmçinin əlavə edib ki, Azərbaycanda həm Olimpiya, həm də qeyri-olimpiya idman oyunlarının inkişafına böyük diqqət yetirilir.
Azərbaycan prezidenti London Olimpiya Oyunlarına qatılacaq idmançılardan daha çox medal və qələbə gözlədiyini də bəyan edib: “Tariximizdə ilk dəfə olaraq Azərbaycan bu yarışlarda böyük komanda – 53 nəfərlə çıxış edəcək. İdmançılarımızın böyük şansları var. Onlar üçün nəzərdə tutulan mükafat fondu artırılır, idmançıların məişət şəraiti yaxşılaşdırılır. Bilirəm ki, bununla yanaşı idmançılarımıza stimul verən başlıca amil onların vətən sevgisidir. Mən 15 ildir Milli Olimpiya Komitəsinin prezidentiyəm. Ölkə prezidenti vəzifəsinə də idman aləmindən gəlmişəm və idmançıları təmsil edirəm”.
Tədbirdə çıxış edən gənclər və idman naziri Azad Rəhimov isə qeyd edib ki, Azərbaycan müstəqillik dövründə artıq beşinci dəfədir Olimpiya Oyunlarına qatılır. A. Rəhimov həmçinin bildirib ki, milli komandanın idmançılarından 41 nəfər ilk dəfədir Olimpiya Oyunlarına qatılır. Komandanın tərkibində Azərbaycanın müstəqilliyi dövründə anadan olan idmançılar da var.
Nazir Olimpiya oyunlarına hazırlıq işlərinə dövlət büdcəsindən 14 milyon manatdan artıq vəsait ayrıldığını da əlavə edib. A. Rəhimov ilk qrupun Londona iyulun 24-də, ikinci qrupun isə avqustun 4-də yola düşəcəyini bildirib. İyulun 25-də London Olimpiya şəhərciyində Azərbaycan bayrağı qaldırılacaq, iyulun 28-də isə burada Azərbaycan Günü keçiriləcək.
Sonra sərbəst güləş üzrə Azərbaycan yığma komandasının böyük məşqçisi Firdovsi Umudov, idmanın atletika növü üzrə paralimpiya yığma komandasının üzvü, üçqat dünya çempionu Hüseyn Həsənov, boks üzrə yığma komandanın üzvü Vətən Hüseynov çıxış ediblər. Daha sonra Olimpiya andının mətnini oxunub, olimpiyaçılar Azərbaycanın Dövlət Bayrağını öpüblər.
Olimpiada
Xəbər Lenti
Yunanıstanda qırıcı təyyarə qəzaya uğrayıb
Müəllimlərin işə qəbulu üzrə müsabiqənin müsahibə mərhələsinin nəticələri elan olunub
Qazaxıstanda Vitse-prezidentin vəzifələri müəyyənləşib
Putin üç gün ərzində Kiyevə zərbə endirməmək barədə göstəriş verib
Bakıda və bir sıra bölgələrdə küləyin sürəti 28.4 m/san-dək güclənəcək - XƏBƏRDARLIQ
"Euronews": "Nexta" Goranboydakı yanğını sübutsuz şəkildə siyasi kontekstə bağlayıb
Fransanın Ermənistandakı səfiri dəyişib
Trampın nümayəndələri Moskvaya gəlib - YENİLƏNİB - FOTO
Bakıda yarışla əlaqədar nəqliyyatın hərəkətinə tətbiq olunan məhdudiyyətlər aradan qaldırılıb
“Sabah” klubu uşaq futbolunun inkişafı ilə bağlı 10 milyon manatlıq proqram yaradacaq
Vətən Müharibəsi Qəhrəmanı Zaur Nudirəliyevin anım mərasimi keçirilib
Rusiya Donetskdə bir kəndi ələ keçirib
Ötən gün qanunsuz saxlanılan qumbaraatan və digər silahlar aşkarlanıb
Aİ-nin Ermənistana ticarət güzəştləri: iqtisadi qərar, yoxsa geosiyasi seçim? – TƏHLİL
“AzerGold” ali məktəb tələbələri üçün növbəti təqaüd proqramını elan edir
SEPAH: İsfahanda nüvə obyektlərinə hücum iddiaları doğru deyil
Sabahın hava proqnozu açıqlanıb
Azərbaycandan tranzit keçməklə Ermənistana növbəti tədarük həyata keçirilib - YENİLƏNİB - FOTO
Azərbaycandan Ermənistana 977 ton dizel ixrac olunub - YENİLƏNİB - VİDEO
“Şimal-2” stansiyasında istehsal edilən elektrik enerjisinin həcmi açıqlanıb
Fövqəladə Hallar Nazirliyində qanvermə aksiyası keçirilib - VİDEO
Müşfiqabad hövzəsində yeni kanalizasiya kollektoru və təmizləyici qurğunun tikintisi davam edir
Kəlbəcərdə ilk dəfə əmək yarmarkası keçiriləcək
Xark adasında İrana məxsus tanker hədəfə alınıb
"Bitcoin"in qiyməti 80 min dollardan aşağı düşüb
Ombudsman: Azərbaycanda saxlanılan erməni əsilli şəxslərlə bağlı iddialar əsassız və qərəzlidir
Biləsuvarda avtomobil piyadanı vuraraq öldürüb, sürücü tutulub- YENİLƏNİB
Azərbaycan nefti 104.2 dollara ticarət olunur
İstanbulda hoteldə yanğında 12 nəfər xəsarət alıb
Dünya bazarlarında neft bahalaşıb
Rusiya qüvvələri Ukraynada zavoda raket zərbələri endirib, 4 nəfər ölüb
Argentina neft yataqlarının kəşfiyyatı və işlənməsi ilə məşğul olan 45 fiziki və hüquqi şəxsə sanksiya tətbiq edib
Azərbaycan nümayəndə heyəti COP31 sədrliyi çərçivəsində “İstanbul İqlim Maliyyəsi Sammiti”ndə iştirak edib
Bakıda BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Dördüncü İqlim Həftəsi keçiriləcək
Tramp: Futbol üzrə dünya çempionatı ABŞ iqtisadiyyatına 18 milyard dollardan çox gəlir gətirib
ABŞ rəsmiləri İran müharibəsi ilə bağlı yalan detektoru testindən keçirilib
Britaniyanın maliyyə naziri: İrana qarşı müharibə qlobal iqtisadiyyata təzyiq göstərir
Yəmən hökuməti: Husilərin Bab əl-Məndəbə nəzarətinə imkan verməyəcəyik
Dövlət Departamenti ər-Riyada 5,75 milyard dollar dəyərində silah satışını təsdiqləyib
ABŞ-da dövlət qulluğuna namizədlərlə müsahibəni süni intellekt aparacaq
ABŞ İran müharibəsindən sonra Yaxın Şərqdə fəaliyyət strategiyası üzərində işləyir
La Liqa: “Real Madrid” bu mövsüm ilk məğlubiyyətini alıb
Ukrayna dörd günlük atəşkəs elan edib
Naxçıvanda ağır qəza olub, 3 nəfər ölüb, 9 nəfər xəsarət alıb - YENİLƏNİB
“Güzəştli mənzil” elektron sistemi vasitəsilə növbəti mənzil seçiminin uğurla başa çatdığı açıqlanıb
Tramp: Biz çox yaxın zamanda Kirk dağına zərbə endirə bilərik
Virtual sinif: Azərbaycan startapı təhsili yeni müstəviyə çıxarır - EURONEWS