Bank Of Baku

London Olimpiadasında Azərbaycan olimpiya yığmasının bayraqdarının Elnur Məmmədli olacağı gözlənilir

London Olimpiadasında Azərbaycan olimpiya yığmasının bayraqdarının Elnur Məmmədli olacağı gözlənilir
# 04 iyul 2012 09:36 (UTC +04:00)
Bakı. Ramil Məmmədli – APA. Cüdoçu, olimpiya çempionu Elnur Məmmədlinin London Olimpiadasında Azərbaycan olimpiya yığmasının bayraqdarı olacağı gözlənilir. APA-nın məlumatına görə, bu barədə gənclər və idman naziri Azad Rəhimov bildirib.

“İdmançılar arasında belə bir inanc var ki, bayrağı aparan heç vaxt medal qazanmır. Bu səbəbdən idmançılar arasında çətin seçim olub. Elnur Məmmədli isə özünə əmin olduğunu bildirib. Bu səbəbdən məhz onun bayraqdar olacağı gözlənilir”, - deyə nazir vurğulayıb.

Bununla bağlı hələlik son qərarın verilmədiyini qeyd edən A. Rəhimov özünün olimpiya çempionu, hazırda məşqçilik fəaliyyəti ilə məşğul olan Fərid Mansurovun bayraqdar olmasını təklif etdiyini bildirib.

Qeyd edək ki, Elnur Məmmədli 2008-ci il Pekin Yay Olimpiya Oyunlarının qalibi, ikiqat Avropa çempionudur.
1 2 3 4 5 İDMAN XƏBƏR

Olimpiada

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR