Bank Of Baku

London Yay Olimpiya Oyunlarının açılış mərasimi rəmzi olaraq saat 20:12-də başlayacaq

London Yay Olimpiya Oyunlarının açılış mərasimi rəmzi olaraq saat 20:12-də başlayacaq
# 23 iyul 2012 08:07 (UTC +04:00)
Bakı-APA. London Yay Olimpiya Oyunlarının açılış mərasiminin detalları məlum olub. Apasport.az saytının məlumatına görə, iyulun 27-də baş tutacaq mərasim rəmzi olaraq yerli vaxtla saat 20:12-də (Bakı vaxtı ilə saat 00:12) başlayacaq.

Olimpiadanın keçirildiyi – 2012-ci ili özündə əks etdirən start saatı ilə “Möcüzələr adası” adlı proqram nümayiş olunacaq. Bu proqramın bədii rəhbəri tanınmış britaniyalı rejissor və prodüser Denni Boyldur. O 2008-ci ildə “Xarabalıqlardan çıxan milyonçu” filminə görə aldığı “Oskar”la məşhurlaşıb.

15 min könüllünün çıxış edəcəyi açılış mərasimi 3 saat davam edəcək. Proqram xüsusi zəng səsi ilə başlayacaq. Təşkilatçıların bildirdiyinə görə, London Yay Olimpiya Oyunlarının açılış mərasimi 36 milyon avroya başa gələcək. Bu şounun 4 milyard televiziya tamaşaçısı tərəfindən izləyəcəyi ehtimal olunur. Böyük Britaniyada Pekin Olimpiadasını kölgədə qoyacaq tədbir keçirəcəklərinə inanırlar.
1 2 3 4 5 İDMAN XƏBƏR

Olimpiada

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR