Bank Of Baku

London Olimpiadasına yollanacaq Azərbaycan güləşçilərinin yekun siyahısı məlum olub

London Olimpiadasına yollanacaq Azərbaycan güləşçilərinin yekun siyahısı məlum olub
# 23 iyul 2012 12:51 (UTC +04:00)
Bakı-APA. London Yay Olimpiya Oyunlarında iştirak edəcək güləş üzrə Azərbaycan millisinin yekun heyəti məlum olub. Apasport.az saytının məlumatına görə, ölkəmizi Böyük Britaniya paytaxtında təmsil edəcək 13 nəfərlik heyətdə ciddi dəyişiklik olmayıb.

Belə ki, lisenziya qazanan idmançılardan yalnız Kamran Məmmədov Londonda qüvvəsini sınamayacaq. Məşqçilər korpusu Olimpiadaya onun əvəzinə dünya çempionu Həsən Əliyevə göndərmək qərarına gəlib.

Sərbəst güləş
Toğrul Əsgərov (60 kq)
Cəbrayıl Həsənov (66 kq)
Əşrəf Əliyev (74 kq)
Şərif Şərifov (84 kq)
Xetaq Qazyumov (96 kq)
Camaləddin Maqomedov (120 kq)

Yunan-Roma güləşi
Rövşən Bayramov (55 kq)
Həsən Əliyev (60 kq)
Emin Əhmədov (74 kq)
Saman Tahmasibi (84 kq)
Şalva Qadabadze (96 kq)

Qadın güləşi
Mariya Stadnik (48 kq)
Yuliya Ratkeviç (55 kq)
1 2 3 4 5 İDMAN XƏBƏR

Olimpiada

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR