Bank Of Baku

Azərbaycan Güləş Federasiyasının baş katibi Əjdər Cəfərov: “Olimpiadaya gedəcək güləşçilərimiz öz təlim-məşq toplanışlarını yekunlaşdırmaq üzrədir”

Azərbaycan Güləş Federasiyasının baş katibi Əjdər Cəfərov: “Olimpiadaya gedəcək güləşçilərimiz öz təlim-məşq toplanışlarını yekunlaşdırmaq üzrədir”
# 24 iyul 2012 12:01 (UTC +04:00)
Apasport.az saytının məlumatına görə, bu açıqlamanı jurnalistlərə Azərbaycan Güləş Federasiyasının baş katibi Əjdər Cəfərov verib.

“London-2012”də ölkəmizin ədalət təmsilçisi olacaq Cəfərov məsuliyyətli sınağa hazır olduğunu deyib: “Ümumilikdə Olimpiya Oyunlarını idarə etmək çox çətindir. Bildiyiniz kimi, dünyanın 400-dən çox seçmə idmançıları bu yarışda iştirak edəcək. Biz də çalışacağıq ki, Azərbaycanın adını daima yüksəklərə qaldıraq”.

Baş katib güləşçilərimizin Olimpiadadakı hədəflərinə də toxunub: “Güləşçilərimiz öz təlim-məşq toplanışlarını yekunlaşdırmaq üzrədir. Onlar bilavasitə federasiya rəhbərliyinin diqqəti altındadır. Artıq yunan-Roma yığmamız hazırlığını başa vurur. Güləşçilər öz çəkilərinə nəzarət etmək vəziyyətindədirlər. Sərbəst güləş üzrə millimiz isə hələ öz hazırlıqlarını davam etdirirlər. Onlar Bakıdakı təlim-məşq bazasında çalışırlar. Qadın güləşi üzrə komandamız Ukraynada hazırlıq keçiblər və avqustun 1-də vətənə dönərək, Londona yollanacaq Olimpiya yığmamızın növbəti heyətində yer alacaqlar. Ümumilikdə, hər 3 növ üzrə hazırlıq yüksək səviyyədə keçib. Ümid edirəm ki, bu hazırlıqların nəticəsində idmançılarımız Azərbaycanın şərəfini layiqincə qoruyacaqlar”.

Qeyd edək ki, Olimpiadada güləş yarışları bir qədər sonra başlayacağından onlar növbəti nümayəndə heyətimizdə yer alacaqlar. Londonda bu idman növü üzrə digər hakimimiz Hicran Şərifov olacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR

Olimpiada

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR