Bank Of Baku

London Olimpiadasında ilk qalmaqal baş verib - FOTO

London Olimpiadasında ilk qalmaqal baş verib - <font color=red>FOTO</font>
# 26 iyul 2012 08:04 (UTC +04:00)
Bakı-APA. London Yay Olimpiya Oyunlarının ilk günü qalmaqalla yadda qalıb. Apasport.az saytının məlumatına görə, yarışın açılış mərasimindən 2 gün öncə meydana çıxan qadın futbolçuların qarşılaşması xoşagəlməz hadisə ilə müşayiət olunub.

Belə ki, Şimali Koreya ilə Kolumbiya yığmalarının oyununda təşkilatçıların yol verdiyi yanlışlıq Asiya təmsilçisinin narazılığı ilə nəticələnib. Oyundan əvvəl böyük britaniyalılar Şimali Koreya və Cənubi Koreyanın bayraqlarını səhv salıblar. “Hempden Park” stadionunun tablosunda şimallıların futbolçularının adları ilə yanaşı, digər ölkənin bayrağı nümayiş olunub.
Buna sərt şəkildə narazılıq edən Şimali Koreya komandası soyunub-geyinmə otağına yollanıb və yalnız 5 dəqiqə sonra onları dilə tutub meydana qaytarıblar.

Qeyd edək ki, matçda asiyalılar 2:0 hesabı ilə qalib gəliblər.
1 2 3 4 5 İDMAN XƏBƏR

Olimpiada

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR