Bank Of Baku

Olimpiadanın ilk sensasiyasına Asiya təmsilçiləri imza atıblar

Olimpiadanın ilk sensasiyasına Asiya təmsilçiləri imza atıblar
# 26 iyul 2012 08:11 (UTC +04:00)
Bakı-APA. Rəsmi açılış mərasimi sabah olacaq XXX London Yay Olimpiya Oyunlarının startı verilib. Apasport.az saytının məlumatına görə, olimpiyaçıların mübarizəsinə ilk olaraq qadın futbolçular başlayıblar.

Belə ki, Olimpiya proqramında olan futbol turnirinin oyunları açılış mərasimindən 2 gün öncə start götürüb. Turnirin birinci günündə 6 matç baş tutub. Bu qarşılaşmaların 5-də gözlənilən hesablar qeydə alınsa da, Kolumbiya – Şimali Koreya görüşü sensasiya ilə başa çatıb. Asiyalılar yarışın favoritini 2:0 hesabı ilə məğlub ediblər.

E qrupu
20:00. Böyük Britaniya - Yeni Zelandiya – 1:0
22:45. Kamerun – Braziliya – 0:5

F qrupu
21:00. Yaponiya – Kanada – 2:1
23:45. İsveç – Cənubi Afrika Respublikası – 4:1

G qrupu
21:00. ABŞ – Fransa – 4:2
23:45. Kolumbiya – Şimali Koreya – 0:2
1 2 3 4 5 İDMAN XƏBƏR

Olimpiada

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR