Bank Of Baku

Azərbaycanın Olimpiya yığmasının atleti Layeş Abdullayeva 5000 metr məsafəyə qaçışda iştirak etmək qərarı verib

Azərbaycanın Olimpiya yığmasının atleti Layeş Abdullayeva 5000 metr məsafəyə qaçışda iştirak etmək qərarı verib
# 26 iyul 2012 15:23 (UTC +04:00)
Bakı-APA. Azərbaycan Olimpiya millisinin milliləşdirilmiş atleti Layeş Abdullayeva 2 lisenziyanın birindən imtina edib. Apasport.az saytının məlumatına görə, əslən Həbəşistandan olan idmançı 3000 m məsafəyə maneələrlə qaçışda mübarizə aparmayacaq.

Belə ki, yarışın rəsmi internet saytında onun adı yalnız 5000 m məsafəyə qaçışda göstərilib. Buna səbəb isə 2 yarış arasında vaxt azlığıdır. Avqustun 4-7-də baş tutacaq 3000 m məsafəyə maneələrlə qaçışın səhəri günü digər məsafədə iştirak idmançımız üçün çətinlik törədə bilər.
1 2 3 4 5 İDMAN XƏBƏR

Olimpiada

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR