Bank Of Baku

Azərbaycanlı snayper İradə Aşumova Olimpiadada 2 məsafədə və ilk yarımqrupda mübarizə aparacaq

Azərbaycanlı snayper İradə Aşumova Olimpiadada 2 məsafədə və ilk yarımqrupda mübarizə aparacaq
# 26 iyul 2012 15:45 (UTC +04:00)
Bakı-APA. Azərbaycan Olimpiya yığmasının güllə atıcısı İradə Aşumova London Olimpiadasında 2 müxtəlif məsafədə mübarizə aparacaq. Apasport.az saytının məlumatına görə, “Afina-2004”ün bürünc mükafatçısı 10 və 25 m məsafələrə tapançadan atəşaçmada mükafatlar uğrunda mübarizə aparacaq.

Snayperimiz iyulun 29-da 10, 2 gün sonra isə digər məsafədə dəqiqliyini yoxlayacaq. Bazar günü Bakı vaxtı ilə 13:00-da başlayacaq ilk yarışın təsnifat mərhələsinə 55 idmançı qatılacaq. Qaliblər isə saat 15:45-də keçiriləcək final mərhələsində müəyyənləşəcək.

Avqustun 1-də finala vəsiqə uğrunda 74 snayper yarışacağından atletlər artıq indidən 2 qrupa bölünüb. Aşumova bu yarımqruplardan birincisində yer alıb. İlk yarımqrupdakı 37 idmançı saat 13:00-da hədəf önünə keçəcək. Həlledici mərhələ isə 19:30-da start götürəcək.
1 2 3 4 5 İDMAN XƏBƏR

Olimpiada

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR