Bank Of Baku

İran MOK baş katibi: “İran idmançılarına israilli həmkarları rəqib çıxacağı təqdirdə mübarizə aparmayacaqlar”

İran MOK baş katibi: “İran idmançılarına israilli həmkarları rəqib çıxacağı təqdirdə mübarizə aparmayacaqlar”
# 27 iyul 2012 03:52 (UTC +04:00)
Bakı. Könül Cəfərli - APA. Bu gün Böyük Britaniyanın paytaxtı London şəhərində 2012-ci il Yay Olimpiya Oyunlarına start veriləcək. APA-nın İSNA-ya istinadən məlumatına görə, İran Milli Olimpiya Komitəsinin baş katibi Bəhram Əşrəfzadə bildirib ki, müsabiqəyə qatılan iranlı idmançılar israilli həmkarları ilə rəqib olacaqları təqdirdə yarışmayacaqlar: “İran idmançıları olimpiada qaydaları və ölkəmizin mənafeyi naminə müsabiqədə rəqibləri ilə mübarizə aparacaqlar. Əgər iranlı idmançılara israilli həmkarları rəqib olarsa, yarışa çıxmayacaqlar. İran idmançıları bu zamanadək israilli həmkarları ilə mübarizə aparmayıblar. Çünki İran İsrail dövlətini tanımır”.
1 2 3 4 5 İDMAN XƏBƏR

Olimpiada

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR