XXX Yay Olimpiya Oyunları başlayır
Böyük Britaniya paytaxtında keçiriləcək 4 illiyin ən möhtəşəm idman yarışı sayca 30-cu olsa da, 27-ci dəfə təşkil edilir. Belə ki, I və II dünya müharibələri zamanı 3 Yay Olimpiya Oyunları baş tutmayıb.
XXX Olimpiadanı qəbul edən London yarışa 3-cü dəfə ev sahibliyi edəcək. 1908 və 1948-ci illərdə buna nail olan “Dumanlı Albion”da bu dəfəki yarış əvvəlkilərdən xeyli fərqlənəcək. 64 illik fasilədən sonra adaya qayıdan Olimpiadada əvvəlki yarışlarla müqayisədə böyük dəyişikliklər nəzərə çarpır. Bu dəyişikliklər iştirakçı ölkələrin, idman növlərinin, idmançıların və medal dəstlərinin sayında aşkar hiss olunur.
Bu dəfə 204 ölkədən olan idmançılar 302 medal dəsti uğrunda mübarizə aparacaq. 17 gün ərzində təxminən 10500 idmançı 36 idman növündə gücünü sınayacaq. Olimpiadanın ilk qalibi iyulun 28-də müəyyənləşəcək. Həmin gün ilk olaraq, 10 m məsafəyə pnevmatik tüfəngdən atəş açma növündə qaliblərin adları məlum olacaq. Sonuncu medal dəsti isə qadınlar arasında müasir beşnövçülük yarışında fərqlənənlərə veriləcək.
204 iştirakçı ölkə arasında Azərbaycan da var. Ölkəmizi Londonda rekord sayda – 53 idmançı təmsil edəcək. Medal uğrunda mübarizə aparacaq idmançılarımızdan 39-u kişi, 14-ü qadındır. Ölkəmiz Yay Olimpiya Oyunlarına müstəqil ölkə kimi 5-ci dəfədir qatılır.
Təmsilçilərimiz arasında mübarizəyə qoşulacaq ilk idmançı cüdoçumuz İlqar Müşkiyevdir (60 kq). O, Azərbaycan yığmasının hesabına ilk medalı yazdıra bilər. Ümumilikdə isə Azərbaycan idmançılarının Londonda ən azı 9 medal qazanacağını proqnozlaşdırmaq mümkündür. Bu proqnozlar özünü doğrultsa, 15 idman növündə mübarizə aparan komandamız bu növlərin 60 faizində medal qazanmaqla özünəməxsus rekorda imza atmış olacaq. Xatırladaq ki, 4il əvvəl keçirilən Pekin Olimpiadasında idmançılarımız 7 medal qazanıblar.
Təmsil olunduğumuz 15 idman növü arasında əsas medal ümidlərimiz boks, güləş, cüdo, ağırlıqqaldırma, taekvondo, bədii gimnastika, kanoe və akademik avarçəkmə idman növlərinədir. İndiyədək bu 8 növdən yalnız üçü üzrə medal qazanmaq mümkün olub. Son beş idman növündə medal qazanmaqla idmançılarımız daha bir ilkə imza atmış olacaqlar.
Digər 7 idman növlərinin bəzilərində medal qazanılarsa, bu sensasiya kimi qəbul edilməyəcək. Bu, daha çox atıcılıq və atçılığa aiddir. Üzgüçülük, atletika, qılıncoynatma, velosiped idmanında (veloşosse) isə fəxri kürsüdə yer almağa ciddi ümid bəslənilmir. Əslində bu növlərdə Azərbaycanın təmsil edəcək idmançıların Olimpiadada iştirakının özü böyük uğurdur.
İdmançılarımıza uğurlar diləyirik!
Olimpiada
Xəbər Lenti
Zelenski: Əbu-Dabidə keçirilən danışıqlarda irəliləyiş var və müharibənin sona çatması üçün ümid verib
Zelenskinin Stiv Uitkoff və Cared Kuşnerlə görüşü başa çatıb - YENİLƏNİB
Prezident “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş dəyirmi masada iştirak edib - YENİLƏNİB
UEFA Millətlər Liqasının qrup mərhələsində V tura start verilib - NƏTİCƏLƏR
İlham Əliyev Dublində Böyük Britaniyanın Baş naziri ilə görüşüb - YENİLƏNİB
İsrail Fransanın prezidentliyə namizədi Melanşona ölkəyə giriş qadağası qoyub
Leyla Əliyeva COP31 çərçivəsində şəhərlərdə havanın keyfiyyətinin yaxşılaşdırılmasına dair müzakirələrdə iştirak edib
Prezident İlham Əliyevin Litva Prezidenti Gitanas Nauseda ilə görüşü olub
Prezident İlham Əliyevin Antonio Koşta ilə görüşü olub
Prezident İlham Əliyev Dublində Rumıniya Prezidenti Nikuşor Dan ilə görüşüb
İranın Sirik şəhəri hücuma məruz qalıb
Husilər Səudiyyə Ərəbistanının neft şirkətinə zərbələr endirdiklərini açıqlayıblar
Kuşner sülh danışıqlarının yeni raundunun nə vaxt keçiriləcəyini açıqlayıb
Azərbaycanla Böyük Britaniya arasında Strateji Tərəfdaşlıq haqqında Bəyannamə imzalanıb - TAM MƏTN
UEFA Millətlər Liqası: Türkiyə qrupda beşinci oyunu da uduzub
Pezeşkian: Müharibə heç kimin maraqlarına uyğun deyil
Nyu-Yorkda yaşayış binasının uçması nəticəsində ölənlərin sayı 8-ə çatıb - YENİLƏNİB
Gəncədə nəvəsinin andiçməsində itkin düşən Astara sakininin meyiti Göygöldə tapılıb
Azərbaycan Prezidenti İlham Əliyevin Dublində Çexiyanın Baş naziri ilə görüşü olub
Prezident İlham Əliyevin Yunanıstanın Baş naziri Kiriakos Miçotakis ilə görüşü olub
Britaniya Rusiyanın 10 ən iri neft şirkətinə qarşı sanksiya tətbiq edib
Medinski: Avropalılar Ukrayna ilə bağlı danışıqlara qoşulmağa çalışırlar
COP31 çərçivəsində Sıfır Tullantı Muzeyinin açılışı olub
Dublində Prezident İlham Əliyevlə Nikol Paşinyanın görüşü keçirilib - YENİLƏNİB3
Uitkoff üçtərəfli danışıqların yeni mərhələsinin anonsunu verib
Kavelaşvili: Gürcüstan-Azərbaycan münasibətləri ortaq dəyərlərə əsaslanır
Türkiyədə helikopter qəzaya uğrayıb, dörd hərbçi şəhid olub
Qordana Silyanovska-Davkova Nizami Gəncəvi irsinə xüsusi ehtiramı olduğunu bildirib
Şimali Makedoniya Prezidenti: Azərbaycan heç bir planın kənarında qala bilməz
Şimali Makedoniya Prezidenti Azərbaycanın enerji resurslarının Avropa üçün önəmli olduğunu bəyan edib
Kobaxidze və Paşinyan regional sülhü müzakirə ediblər
Hörmüzün şərqində daha iki qayda pozuntusuna yol vermiş neft tankerində yanğın olub
Bakı Media Mərkəzinin istehsalı olan “Sükut içində addımlar” filminin təqdimat mərasimi keçirilib - FOTO
Gələn il Bakıda Dünya Bankı ilə birgə qlobal konfrans keçiriləcək
Prezident İlham Əliyev Dublində Bolqarıstanın Baş naziri ilə görüşüb
Fernando Muslera karyerasını bitirir
Kubanıçbek Ömüraliyev Türk İnvestisiya Fondunun prezidenti təyin olunub
BƏƏ-də zəncirvari qəza olub, 14 nəfər ölüb
Putinin Kremldə Uitkoff və Kuşnerlə danışıqları başa çatıb - YENİLƏNİB
Xocavənd sakinləri sosial müdafiə tədbirləri və mina təhlükəsi ilə bağlı maarifləndirilib
“Məclis.info”nun rəhbəri İmran Əliyevə və Elgiz Qəhrəmana hökm oxunub
Ukrayna ilk dəfə Baltik dənizində Rusiyanın “Kalibr” raketləri daşıyan döyüş gəmisini vurub
General Natiq Əliyevin külli miqdarda dələduzluqda ittiham olunan qızı barəsində ev dustaqlığı qərarı verilib
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısının açılış plenar sessiyasında iştirak edib - YENİLƏNİB
Azərikard süni intellekt və davranış əsaslı yeni həllini təqdim edib
“Nvidia” rəhbəri Yensen Huanq istefa verib
Vaşinqtonda Ağ Evin yaxınlığında atışma olub, azı 4 nəfər yaralanıb
FHN-də Konstitusiya Günü ilə bağlı tədbirlər keçirilib
Böyük Britaniya Rusiyanın 10 ən böyük neft hasilatçısı şirkətinə qarşı sanksiya tətbiq edib
AZAL yerli pilot hazırlığını genişləndirəcək, təlimatçıların sayı artırılacaq