Bank Of Baku

İradə Aşumova olimpiadada finala yüksələ bilməyib

İradə Aşumova olimpiadada finala yüksələ bilməyib
# 29 iyul 2012 13:49 (UTC +04:00)
Bakı – APA. Azərbaycanlı güllə atıcısı İradə Aşumova bu gün XXX Yay Olimpiya Oyunlarında ilk sınağına çıxıb. Apasport.az saytının məlumatına görə, Afina-2004-ün bürünc mükafatçısı öncə 10 m məsafəyə atəş açmaqda dəqiqliyini yoxlayıb.

54 yaşlı idmançı hədəf qarşısına Bakı vaxtı ilə saat 13:00-da çıxıb. Təəssüf ki, 55 snayperin yarışdığı bu növdə həmyerlimiz 4 atışdan 372 xal toplayıb və 39-cu yeri tutub. Finala isə ən güclü “8-lik” yüksəlib.

Qeyd edək ki, idmançımız avqustun 1-də 25 m məsafəyə atəşaçma yarışlarına da qatılacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR

Olimpiada

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR