Bank Of Baku

Azərbaycanlı boksçu Elvin Məmişzadə London Olimpiadasında mübarizəni dayandırıb

Azərbaycanlı boksçu Elvin Məmişzadə London Olimpiadasında mübarizəni dayandırıb
# 30 iyul 2012 16:13 (UTC +04:00)
Bakı – APA-Sport. Boks üzrə Azərbaycan yığmasının üzvü Elvin Məmişzadə London Olimpiadasında çıxışını erkən başa vurub.

Apasport.az saytının məlumatına görə, 52 kq-da döyüşən 20 yaşlı təmsilçimiz yarışa 1/16 final mərhələsindən qoşularaq, Bakıda keçirilən dünya çempionatında məğlub etdiyi monqolustanlı Tuqstsoqt Nyambayarla üz-üzə gəlib. “Baku Fires”in də şərəfini qorumuş rəqiblə döyüş Elvin üçün uğursuz alınıb.

Düzdür, görüşün ilk raundunu əks-hücumlar üzərində quran Məmişzadə fasiləyə 1 xal fərqi ilə öndə çıxıb – 5:4. Lakin növbəti hissədə həmyerlimiz üstünlüyü əldən verib. O, bu dəfə 3 xal qazandığı halda, rəqibin 7 zərbəsinin qarşısını ala bilməyib. Nəticədə III raunda 8:11 hesabı ilə geridə başlayan həmyerlimiz yekunda 11:18 hesabı ilə uduzaraq, Olimpiadada çıxışını erkən dayandırıb.

Məmişzadə ilə eyni mərhələdən yarışa qatılacaq Vətən Hüseynli (81 kq) ekvadorlu Karlos Qonqoru Merkado ilə üzləşəcək. Boksçumuz rəqibini yerli vaxtla saat 21:45-də (Bakı vaxtı ilə saat 01:45) sınağa çəkəcək. Nəriman Abdullayevin baş məşqçisi olduğu yığmadan Elvinədək Soltan Migitinov (75 kq) mübarizəyə başlayaraq ilk döyüşündə qalib gəlib.

Qeyd edək ki, Olimpiadada 7 kişi, 1 qadın boksçumuz gücünü yoxlayacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR

Olimpiada

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR