Bank Of Baku

İradə Aşumova XXX Yay Olimpiya Oyunlarında çıxışını başa vurub

İradə Aşumova XXX Yay Olimpiya Oyunlarında çıxışını başa vurub
# 01 avqust 2012 12:34 (UTC +04:00)
Bakı-APA. Azərbaycanın güllə atıcısı İradə Aşumova bu gün XXX London Yay Olimpiya Oyunlarında növbəti dəfə hədəf önünə çıxıb. Apasport.az saytının məlumatına görə, 10 m məsafəyə atəş açma yarışlarında 39-cu olan idmançımız ikinci cəhdində 25 m məsafədən dəqiqliyini yoxlayıb.

Finala vəsiqə uğrunda 74 snayper yarışdığından atletlər 2 qrupa bölünüb. Aşumova bu yarımqruplardan birincisində yer alıb. Təəssüf ki, 54 yaşlı atıcı finala yüksələ bilməyib. O, 578 xalla Olimpiadanı 23-cı yerdə başa vurub.

Finala isə 2 qrupun yekun nəticəsinə əsasən 8 ən güclü idmançı yüksəlib.
1 2 3 4 5 İDMAN XƏBƏR

Olimpiada

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR