Gənclər və İdman Nazirliyi: Azərbaycanın rəsmi nümayəndə heyətinin heç bir üzvü bilet satışı ilə məşğul olmayıb
Onun sözlərinə görə, rəsmi nümayəndə heyətinə yarışları izləmək üçün verilən biletlərin sayı məhduddur: “Nümayəndə heyətinə verilən biletlərin sayı kiminsə o bileti götürüb satmasına imkan vermir. Bura gələn nümayəndə heyətinin üzvləri çox gözəl anlayır ki bilet satılması qanunazidd hərəkətdir və bunu edəcəyimiz təqdirdə müəyyən problemlər yarana bilər. Hətta açılış mərasimində rəsmi nümayəndə heyətinin tərkibində 50-yə yaxın şəxs olsa da, cəmi 19 bilet verilmişdi. Sonra çox böyük cəhdlərdən sonra biletlərin sayı bir neçə ədəd artırıldı. Yəni, bizim rəsmi nümayəndə heyətindən heç kəs deyilən işi görməyib”.
Səmayə Məmmədova bildirib ki, Olimpiada yarışlarına biletlərin satışı onlayn olaraq həyata keçirilir: “Ola bilər ki, kimsə onlayn yolla bilet alıb və yarışa gedib. Yarış vaxtı görüb ki idmançı məğlub olub, o da artıq yarışda qalmaq istəməyib və biletini satıb. İstənilən halda biz həmin adamın kim olduğunu çox ciddi şəkildə araşdırırıq. Bilmək istəyirik ki, o adam kimdir və niyə gedib kassadan bilet alıb və bu bileti yenidən satmağa başlayıb? Amma bunu tam əminliklə deyə bilərəm ki həmin şəxs nümayəndə heyətinin üzvü deyil”.
Mətbuat xidmətinin rəhbəri qeyd edib ki, bu məsələdən şou düzəltmək, sosial şəbəkələrdə gülüş obyektinə çevirmək cəhdləri olub: “Bunu nəzərə almaq lazımdır ki, biz harada olsaq da, ilk növbədə azərbaycanlıyıq. Sosial şəbəkələrdə bu məsələni iyrənc vəziyyətə salıb gülən insanlar Azərbaycanı sevməyən, ölkənin ən xırda uğurlarına görə məyus olan insanlardır. Belə bir məqamda Azərbaycanı dəstəkləmək əvəzinə özünü bu cür aparmaq xoşagəlməz haldır”.
Qeyd edək ki, Britaniyanın "Sky News" televiziyası Londonda Azərbaycan rəsmi nümayəndə heyəti üzvlərinin Olimpiya yarışlarına qanunsuz şəkildə bilet satdıqları haqda reportaj yayımlayıb. Televiziya iddia edib ki, gizli çəkiliş vasitəsilə Azərbaycan rəsmilərinin Olimpiya oyunlarının keçirildiyi "Excel" mərkəzinin qarşısında bilet satdığını aşkara çıxarıblar.
Televiziyanın reportyoru bildirib ki, özünü Azərbaycanın Gənclər və İdman Nazirliyinin əməkdaşı kimi təqdim edən bir kişi qara bazarda “pulsuz” biletlər satır. Biletlər avqustun 3-ə planlaşdırılan yüngül çəkidə boks yarışlarını izləmək üçündür. Üzərində “Azərbaycan Olimpiya Komitəsi” yazılmış biletlərin qiyməti 20 funtdur. Britaniya qanunlarına görə, “qara bazar”da Olimpiya Oyunlarına bilet satan şəxsi 20 min funt cərimə və 6 ay həbs cəzası gözləyir. London polisi 29 nəfəri Olimpiya biletlərini alıb yenidən satdığına görə həbs edib.
Olimpiada
Xəbər Lenti
Zelenski: Əbu-Dabidə keçirilən danışıqlarda irəliləyiş var və müharibənin sona çatması üçün ümid verib
Zelenskinin Stiv Uitkoff və Cared Kuşnerlə görüşü başa çatıb - YENİLƏNİB
Prezident “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş dəyirmi masada iştirak edib - YENİLƏNİB
UEFA Millətlər Liqasının qrup mərhələsində V tura start verilib - NƏTİCƏLƏR
İlham Əliyev Dublində Böyük Britaniyanın Baş naziri ilə görüşüb - YENİLƏNİB
İsrail Fransanın prezidentliyə namizədi Melanşona ölkəyə giriş qadağası qoyub
Leyla Əliyeva COP31 çərçivəsində şəhərlərdə havanın keyfiyyətinin yaxşılaşdırılmasına dair müzakirələrdə iştirak edib
Prezident İlham Əliyevin Litva Prezidenti Gitanas Nauseda ilə görüşü olub
Prezident İlham Əliyevin Antonio Koşta ilə görüşü olub
Prezident İlham Əliyev Dublində Rumıniya Prezidenti Nikuşor Dan ilə görüşüb
İranın Sirik şəhəri hücuma məruz qalıb
Husilər Səudiyyə Ərəbistanının neft şirkətinə zərbələr endirdiklərini açıqlayıblar
Kuşner sülh danışıqlarının yeni raundunun nə vaxt keçiriləcəyini açıqlayıb
Azərbaycanla Böyük Britaniya arasında Strateji Tərəfdaşlıq haqqında Bəyannamə imzalanıb - TAM MƏTN
UEFA Millətlər Liqası: Türkiyə qrupda beşinci oyunu da uduzub
Pezeşkian: Müharibə heç kimin maraqlarına uyğun deyil
Nyu-Yorkda yaşayış binasının uçması nəticəsində ölənlərin sayı 8-ə çatıb - YENİLƏNİB
Gəncədə nəvəsinin andiçməsində itkin düşən Astara sakininin meyiti Göygöldə tapılıb
Azərbaycan Prezidenti İlham Əliyevin Dublində Çexiyanın Baş naziri ilə görüşü olub
Prezident İlham Əliyevin Yunanıstanın Baş naziri Kiriakos Miçotakis ilə görüşü olub
Britaniya Rusiyanın 10 ən iri neft şirkətinə qarşı sanksiya tətbiq edib
Medinski: Avropalılar Ukrayna ilə bağlı danışıqlara qoşulmağa çalışırlar
COP31 çərçivəsində Sıfır Tullantı Muzeyinin açılışı olub
Dublində Prezident İlham Əliyevlə Nikol Paşinyanın görüşü keçirilib - YENİLƏNİB3
Uitkoff üçtərəfli danışıqların yeni mərhələsinin anonsunu verib
Kavelaşvili: Gürcüstan-Azərbaycan münasibətləri ortaq dəyərlərə əsaslanır
Türkiyədə helikopter qəzaya uğrayıb, dörd hərbçi şəhid olub
Qordana Silyanovska-Davkova Nizami Gəncəvi irsinə xüsusi ehtiramı olduğunu bildirib
Şimali Makedoniya Prezidenti: Azərbaycan heç bir planın kənarında qala bilməz
Şimali Makedoniya Prezidenti Azərbaycanın enerji resurslarının Avropa üçün önəmli olduğunu bəyan edib
Kobaxidze və Paşinyan regional sülhü müzakirə ediblər
Hörmüzün şərqində daha iki qayda pozuntusuna yol vermiş neft tankerində yanğın olub
Bakı Media Mərkəzinin istehsalı olan “Sükut içində addımlar” filminin təqdimat mərasimi keçirilib - FOTO
Gələn il Bakıda Dünya Bankı ilə birgə qlobal konfrans keçiriləcək
Prezident İlham Əliyev Dublində Bolqarıstanın Baş naziri ilə görüşüb
Fernando Muslera karyerasını bitirir
Kubanıçbek Ömüraliyev Türk İnvestisiya Fondunun prezidenti təyin olunub
BƏƏ-də zəncirvari qəza olub, 14 nəfər ölüb
Putinin Kremldə Uitkoff və Kuşnerlə danışıqları başa çatıb - YENİLƏNİB
Xocavənd sakinləri sosial müdafiə tədbirləri və mina təhlükəsi ilə bağlı maarifləndirilib
“Məclis.info”nun rəhbəri İmran Əliyevə və Elgiz Qəhrəmana hökm oxunub
Ukrayna ilk dəfə Baltik dənizində Rusiyanın “Kalibr” raketləri daşıyan döyüş gəmisini vurub
General Natiq Əliyevin külli miqdarda dələduzluqda ittiham olunan qızı barəsində ev dustaqlığı qərarı verilib
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısının açılış plenar sessiyasında iştirak edib - YENİLƏNİB
Azərikard süni intellekt və davranış əsaslı yeni həllini təqdim edib
“Nvidia” rəhbəri Yensen Huanq istefa verib
Vaşinqtonda Ağ Evin yaxınlığında atışma olub, azı 4 nəfər yaralanıb
FHN-də Konstitusiya Günü ilə bağlı tədbirlər keçirilib
Böyük Britaniya Rusiyanın 10 ən böyük neft hasilatçısı şirkətinə qarşı sanksiya tətbiq edib
AZAL yerli pilot hazırlığını genişləndirəcək, təlimatçıların sayı artırılacaq