Bank Of Baku

Fuad Muradov: “Bilet satışı ilə bağlı hazırlanan süjetlərin məqsədi Azərbaycanın uğurlarına kölgə salmaqdır”

Fuad Muradov: “Bilet satışı ilə bağlı hazırlanan süjetlərin məqsədi  Azərbaycanın uğurlarına kölgə salmaqdır”
# 01 avqust 2012 14:01 (UTC +04:00)
APA-nın məlumatına görə, məsələyə münasibət bildirən Böyük İpək Yolu Beynəlxalq Gənclər Birliyinin sədri, millət vəkili Fuad Muradov deyib ki, bu ölkəmizə qarşı yönəlmiş növbəti təxribatdır: “Bu qeyri-peşəkar “jurnalistlərin” hazırladığı süjetlərin məqsədi Azərbaycanın uğurlarına kölgə salmaqdan başqa bir şey deyil. Sadəcə olaraq bəziləri bu cür çirkin addımlar atmaqla Azərbaycanın imicinə zərbə vurmağa çalışırlar. Yəqin ki, düşüncəli insanlar bu cür qeyri-ciddi xəbərlərin təxribat olduğunu anlayırlar. Yadımıza salaq ki, bir müddət əvvəl boksla bağlı da bir iddia irəli sürülmüşdü. İddiaların heç biri sübut olunmadı və bunun təxribat olduğu ortaya çıxdı. Odur ki, növbəti dəfə belə bir addımın atılması yolverilməzdir və bunu edənlər yalnız bizim uğurlarımızı istəməyənlərdir. Olimpiadada iştirak edən bütün idmançılarımıza uğurlar arzulayıram. İnanıram ki, Azərbaycanın bayrağı Londonda dəfələrlə ucalacaq”.
1 2 3 4 5 İDMAN XƏBƏR

Olimpiada

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR