Bank Of Baku

Azərbaycan boksçusu Olimpiya Oyunlarında ilk qələbəsini nokdaunla qazanıb

Azərbaycan boksçusu Olimpiya Oyunlarında ilk qələbəsini nokdaunla qazanıb
# 01 avqust 2012 16:40 (UTC +04:00)
APA-nın məlumatına görə, 91+ çəki dərəcəsində ölkəmizin şərəfini qoruyan Maqomedrəsul Məcidov 1/8 final mərhələsində Konqo təmsilçisi Muanba Maji ilə qarşılaşıb. İlk iki dövrədə rəqibini iki dəfə nokdaun vəziyyətinə salan boksçumuz ikinci dövrənin qurtarmasına 1 dəqiqə qalmış Muanba Majini üçüncü dəfə nokdauna salıb. Hakim oyunu dayandırmaq məcburiyyətində qalıb və boksçumuz qalib elan edilib. Maqomedrəsul Məcidovun ¼ finalda rəqibi Maqomed Umarov (Rusiya) – Domonik Brezeale (ABŞ) görüşünün qalibi olacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR

Olimpiada

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR