Bank Of Baku

Azərbaycan güləşçisi Həsən Əliyev ¼ finala çıxıb, Saman Təhmasibi isə qızıl medal qazanmaq şansını itirib

Azərbaycan güləşçisi Həsən Əliyev ¼ finala çıxıb, Saman Təhmasibi isə qızıl medal qazanmaq şansını itirib
# 06 avqust 2012 14:54 (UTC +04:00)
Bakı-APA. Londonda keçirilən XXX Olimpiya Oyunlarında Yunan-Roma güləşi üzrə 60 və 84 kiloqram çəki dərəcələrində yarışlara start verilib. APA-nın məlumatına görə, güləş yarışlarının ikinci günü pəhləvanlarımızdan Həsən Əliyev və Saman Təhmasibi medallar uğrunda yarışa qoşulub. Püşkün nəticəsinə əsasən, ilk mərhələdən azad Həsən Əliyev 1/8 finalda norveçli Andre Berqe Stiqlə üz-üzə gəlib. Qarşılaşmanı çətin qələbə ilə başa vuran (3:1) Əliyev 1/4 finala çıxıb.

84 kiloqram çəki dərəcəsində qüvvəsini sınayan Saman Təhmasibi də Əliyev kimi yarışa 1/8 finaldan qatılıb. O, birinci görüşündə Vladimir Gegeşidze (Gürcüstan) ilə qarşılaşıb. Amma həmyerlimiz məğlub olaraq, qızıl medal qazanmaq şansını itirib.

Qeyd edək ki, Azərbaycan yunan-Roma güləşində 5 idmançı ilə təmsil olunur. Güləş yarışlarının ilk günündə pəhləvanlarımızdan Rövşən Bayramovun (55 kq) gümüş, Emin Əhmədov (66 kq) bürünc medal qazanıb. Azərbaycan Yunan-Roma güləşində 5 idmançı ilə təmsil olunur.
1 2 3 4 5 İDMAN XƏBƏR

Olimpiada

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR