Bank Of Baku

London-2012: Bu gün daha dörd idmançımız mübarizəyə qoşulacaq

London-2012: Bu gün daha dörd idmançımız mübarizəyə qoşulacaq
# 07 avqust 2012 08:43 (UTC +04:00)
Apasport.az saytının məlumatına görə, atletlərimiz 3 idman növündə güclərini yoxlayacaqlar. Sergey Bezuqlıy və Maksim Prokopenko kanoe yarışlarının təsnifat mərhələsində çıxış edəcəklər. Avarçəkənlərimiz təsnifat mərhələsini uğurla başa vursalar, yarımfinal mərhələsində mübarizə aparacaqlar. Qadın atletimiz Layeş Abdullayeva bu gün 5000 metrə qaçış yarışlarının təsnifat mərhələsində çıxış edəcək. Yunan-Roma güləş yarışlarında bu gün daha bir güləşçimiz nəyə qadir olduğunu göstərəcək. 96 kiloqram çəki dərəcəsində mübarizə aparan Şalva Qadabadze yarışlara 1/8 final mərhələsindən qoşulacaq.

7 avqust
Kanoe (1000 m)
Təsnifat mərhələsi

Sergey Bezuqlıy – Maksim Prokopenko dueti – saat 13:46

Yarımfinal mərhələsi
Saat 15:09

Atletika
Qadınlar, 5000 m
Təsnifat mərhəsi

Layeş Abdullayeva – saat 14:55

Yunan-Roma güləşi
1/8 final mərhələsi

Şalva Qadabadze (96 kq) – 17:30
1 2 3 4 5 İDMAN XƏBƏR

Olimpiada

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR