Bank Of Baku

Azərbaycan güləşçisi Mariya Stadnik ən azı gümüş medalı təmin edib

Azərbaycan güləşçisi Mariya Stadnik ən azı gümüş medalı təmin edib
# 08 avqust 2012 16:14 (UTC +04:00)
APA-nın məlumatına görə, ilk hissədə rəqibinə minimal hesabla qalib gələn güləşçimiz ikinci hissədə rəqibini 3-0 məğlub edərək finala yüksəlib. O, bununla da ən azı gümüş medalı təmin etmiş olub. Finalda Mariya Stadnikin rəqibi yapon güləşçi Hitomi Obara olacaq. Görüş Bakı vaxtı ilə bağlı 23.03-də başlayacaq.

Qeyd edək ki, ilk mərhələdə çıxış etməkdən azad olan güləşçimiz mübarizəyə 1/8 finaldan qoşulub. O, bu mərhələdə ABŞ təmsilçisi Lonq Çunla qarşılaşıb və hər iki hissədə qalib gələrək növbəti mərhələyə çıxıb. 4/1 finalda polyak İvona Matkovska ilə qarşılaşan Mariya Stadnik hər iki hissdə əla forma nümayiş etdirib və yarımfinala çıxıb.

Millimiz qadın güləşi üzrə yarışda 2 idmançı ilə təmsil olunur. Sabah isə Yuliya Ratkeviç (55 kq) gücünü yoxlayacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR

Olimpiada

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR