Bank Of Baku

Toğrul Əsgərov: “Sevincimi sözlə ifadə etmək mümkün deyil”

Toğrul Əsgərov: “Sevincimi sözlə ifadə etmək mümkün deyil”
# 11 avqust 2012 20:42 (UTC +04:00)
Bunu apasport.az saytına açıqlamasında Olimpiya çempionumuz Toğrul Əsgərov (60 kq) deyib.

Sərbəst güləş üzrə London Olimpiadasının qızıl medalını qazanan 19 yaşlı pəhləvanımız qələbəsini şərh edib: “Olimpiadaya çox ciddi hazırlaşmışdıq. Demək olar ki, 1 ildən çoxdur bunu daha da intensivləşdirmişdik. Mənim əsas rəqibim isə finalda qarşılaşdığım rusiyalı Besik Kuduxov idi. Bunu hamı bilirdi. Həm də yalnız digər rəqiblərimdən fərqli onunla güləşməmişdim. Onu da məğlub etdim, qələbəmi hamı gördü. Çox sevinirəm ki, vətənə qızıl medal bəxş etdim”.

Əsgərov bildirib ki, Kuduxov görüşdən sonra çox əsəbi görünüb və hətta təbrik üçün lazımı cəsarəti də çatmayıb.
1 2 3 4 5 İDMAN XƏBƏR

Olimpiada

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR