Bank Of Baku

Azərbaycan London Olimpiadasında ikinci qızıl medalını qazanıb

Azərbaycan London Olimpiadasında ikinci qızıl medalını qazanıb
# 11 avqust 2012 20:47 (UTC +04:00)
Bakı – APA. Azərbaycan London Olimpiadasında ikinci qızıl medalını qazanıb. “Apasport” saytının məlumatına görə, ikinci qızılı da ölkəmizə sərbəst güləşçimiz qazandırıb. Şərif Şərifov 84 kq çəki dərəcəsində bütün rəqiblərini məğlub edərək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. O, finalda Puerto Riko idmançısına heç bir şans verməyib.

Qeyd edək ki, Azərbaycanın digər sərbəst güləşçisi Toğrul Əsgərov 60 kq çəki dərəcəsində qızıl medal qazanıb. Bununla da, Azərbaycanın Olimpiadada qazandığı medalların sayı 9-a çatıb. Onlardan 2-si qızıl, 2-si gümüş, 5-i bürüncdür.
1 2 3 4 5 İDMAN XƏBƏR

Olimpiada

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR