Bank Of Baku

Azərbaycan atleti Hayle İbrahimov London Olimpiadasını 9-cu yerdə başa vurub

Azərbaycan atleti Hayle İbrahimov London Olimpiadasını 9-cu yerdə başa vurub
# 11 avqust 2012 21:12 (UTC +04:00)
Bakı - APA. Azərbaycan atleti Hayle İbrahimov London Olimpiadasında 5000 m məsafəyə qaçışın final mərhələsində iştirakını başa vurub. Apasport.az saytının məlumatına görə, təsnifat mərhələsini öz qrupunda I yerdə başa vuran idmançımız bu uğurunu davam etdirə bilməyib.

O, finiş xəttinə 13:45.37-yə çatıb ki, bu da 9-cu olması ilə nəticələnib. Çempion adına Məhəmməd Fərəh (Böyük Britaniya, 13:41.66) layiq görülüb. İkinci yeri Deyen Qebremeskel (Həbəşistan, 13:41.98), üçüncü yeri isə Pkemey Lonqosiva (Keniya, 13:42.36) tutub.
1 2 3 4 5 İDMAN XƏBƏR

Olimpiada

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR