Bank Of Baku

Azərbaycan üzgüçüsü Natali Pronina London Paralimpiya Oyunlarında ikinci gümüş medalını qazanıb

Azərbaycan üzgüçüsü Natali Pronina London Paralimpiya Oyunlarında ikinci gümüş medalını qazanıb
# 04 sentyabr 2012 21:38 (UTC +04:00)
Bakı-APA. Böyük Britaniyanın paytaxtı Londonda XIV Paralimpiya Oyunları davam edir.

100 metr məsafəyə sərbəst üsulla üzgüçülük yarışlarında mübarizə aparan idmançımız Natali Pronina ilk mərhələdə 1 dəqiqə 4 saniyə nəticə göstərərək qrupda üçüncü olub. Digər qruplarda da yarışlar başa çatdıqdan sonra finala yüksələn 8 üzgüçünün adı müəyyənləşib və bu idmançılar arasında Natali Pronina da olub.

Həlledici mərhələdə N.Pronina yarışı ikinci pillədə başa vurub və London Paralimpiya Oyunlarında daha bir gümüş medal qazanıb.

Qeyd edək ki, N.Pronina 200 metr məsafəyə sərbəst üsulla üzgüçülük yarışlarında da gümüş medal qazanmışdı.
1 2 3 4 5 İDMAN XƏBƏR

Olimpiada

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR