Bank Of Baku

Azərbaycan üzgüçüsü London Yay Paralimpiya Oyunlarında daha bir medal qazanıb

Azərbaycan üzgüçüsü London Yay Paralimpiya Oyunlarında daha bir medal qazanıb
# 05 sentyabr 2012 09:07 (UTC +04:00)
Bakı – APA. Azərbaycan üzgüçüsü Natali Pronina XIV London Yay Paralimpiya Oyunlarında daha bir medal qazanıb. Apasport.az saytının məlumatına görə, 200 m məsafəyə kompleks növündə finiş xəttinə ikinci çatan 25 yaşlı idmançımız 100 m məsafəyə sərbəst üsulla üzmədə də gümüş medala yiyələnib.

O, çempionluq uğrunda mübarizədə yenə rusiyalı Oksana Savçenkoya uduzub. Pronina finiş xəttinə rəqibindən 1,59 saniyə gec çatıb (1:00.00). Üçüncü yeri bir gün öncə olduğu kimi digər rusiyalı - Darya Stukalova (2:28:73) tutub.

Bununla da, Azərbaycan yığmasının Paralimpiadada qazandığı medalların sayı 6-ya çatıb. Proninadan əvvəl cüdoçularımız Ramin İbrahimovla (60 kq) Afaq Sultanova (57 kq) qızıl, İlham Zəkiyevlə (+100 kq) atletimiz Hüseyn Həsənov bürünc medala sahib olmuşdular.
1 2 3 4 5 İDMAN XƏBƏR

Olimpiada

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR