Bank Of Baku

Azərbaycan üzgüçüsü Natali Pronina London Paralimpiya Oyunlarında dördüncü gümüş medalını qazanıb

Azərbaycan üzgüçüsü Natali Pronina London Paralimpiya Oyunlarında dördüncü gümüş medalını qazanıb
# 07 sentyabr 2012 23:16 (UTC +04:00)
Bakı-APA. Böyük Britaniyanın paytaxtı Londonda XIV Paralimpiya Oyunları davam edir.

50 metr məsafəyə sərbəst üsulla üzgüçülük yarışlarında mübarizə aparan Azərbaycan idmançısı Natali Pronina ilk mərhələdə 28,10 saniyə nəticə göstərici ilə qrupda ikinci olmuş və finala yüksəlib.

Həlledici mərhələdə N.Pronina 27,54 saniyə nəticə göstərərək, yarışı ikinci pillədə başa vurub və London Paralimpiya Oyunlarında dördüncü gümüş medalını qazanıb.

Qeyd edək ki, N.Pronina 100 və 200 metr məsafəyə sərbəst üsulla, 100 metr məsafəyə arxasıüstə üzmək yarışlarında da gümüş medal qazanıb.
1 2 3 4 5 İDMAN XƏBƏR

Olimpiada

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR