Bank Of Baku

Azərbaycan Milli Olimpiya Komitəsinin 20 illik yubileyi qeyd ediləcək

Azərbaycan Milli Olimpiya Komitəsinin 20 illik yubileyi qeyd ediləcək
# 01 noyabr 2012 13:23 (UTC +04:00)
Gənclər və İdman Nazirliyindən APA-ya verilən məlumata görə, yubiley tədbirlərində təkcə idman ictimaiyyəti deyil, paytaxt əhalisi də yaxından iştirak edəcək.

Noyabrın 4-də saat 13.00-dan başlayaraq, Dənizkənarı Milli Parkda səhərdən axşamadək müxtəlif tədbirlər həyata keçiriləcək. İdman həvəskarları və şəhər sakinləri Azərbaycan Olimpiya Hərəkatının uğurlarını əks etdirən fotostendlərlə tanış olacaqlar. Bundan başqa idmansevərlər ayrı-ayrı idman növləri üzrə olimpiya çempionları və mükafatçılarımızla şəkil çəkdirmək və onlardan avtoqraf almaq imkanı qazanacaqlar. Hər kəs peşəkar fotoqraf tərəfindən çəkilən fotoşəkillər www.idman.com.az saytında yerləşdiriləcək və hamı öz şəklini həmin saytdan pulsuz götürə biləcək.

Bundan başqa, mərasim iştirakçıları boks, cüdo, taekvondo, qol güləşi, gimnastika, kapoeyra, zorxana və güləş idman növlərində peşəkar idmançıların nümunəvi çıxışlarını izləyəcək və arzu edənlər həmin idman növlərində öz qüvvə və bacarıqlarını məşqçilərin müşayiəti ilə yoxlaya biləcəklər.

Tədbirdə Milli Olimpiya Komitəsinin 20 illiyinə həsr olunmuş yürüş də təşkil ediləcək. Yürüşün qaliblərinə qiymətli hədiyyələr təqdim ediləcək.

Saat 18.30-da başlanacaq möhtəşəm konsert proqramı ilə tədbirlərə yekun vurulacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR

Olimpiada

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR