Avropa Oyunlarının bağlanış mərasimində Azərbaycan yığmasının bayraqdarı bəlli olub

Avropa Oyunlarının bağlanış mərasimində Azərbaycan yığmasının bayraqdarı bəlli olub
# 02 iyul 2023 17:29 (UTC +04:00)

Azərbaycan yığmasının III Avropa Oyunlarının bağlanış mərasimindəki bayraqdarı bəlli olub.

Apasport.az saytının məlumatına görə, tədbirdə ölkəmizin bayrağını boksçu Məhəmməd Abdullayev daşıyacaq.

92 kq çəkidə çıxış edən idmançımız Avropa Oyunlarının gümüş mükafatını və Paris-2024 Yay Olimpiya Oyunlarının lisenziya qazanıb. O, bu gün Krakov şəhərində təşkil olunacaq bağlanış mərasimində millinin bayraqdarı olacaq.

Qeyd edək ki, Krakov-2023 III Avropa Oyunlarında bayraqdarları kamandan oxatan Yaylagül Ramazanova və qılıncoynadan Barat Əliyev olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR