Bakı-2019 XV Avropa Gənclər Yay Olimpiya Festivalının Əməliyyat Komitəsi yarışın yekunları ilə bağlı mətbuat konfransı keçirib.
APA-nın məlumatına görə, tədbirdə Azərbaycan Gənclər və İdman naziri Azad Rəhimov, Avropa Olimpiya Komitələrinin (AOK) Əlaqələndirmə Komissiyasının sədri Gorce Visaçki və AOK-un vitse-prezidenti Nils Nayqard iştirak ediblər.
Yarışlarda iştirak edən idmançıların və qonaqların rəylərinə əsaslanan A. Rəhimov bildirib ki, Festival uğurla həyata keçir və artıq 135 təltifetmə mərasimindən 115-i yekunlaşıb. Nazir medal sıralamasında Rusiya komandasının lider olduğu vurğulanmaqla yanaşı, Azərbaycan idmançılarının da yarışı 48 iştirakçı ölkə arasında ikinci pillədə başa vurmağa yaxın olduğunu qeyd edib: “Xarici qonaqların rəylərinə əsasən bildirim ki, Azərbaycan Festivalı yüksək səviyyədə keçirdi. Yarış ərzində biz sadəcə yeniyetmələr deyil, əzmkarlığı, zəhmətləri ilə demək olar ki, Olimpiya çempionlarından heç də geri qalmayan peşəkar idmançılar gördük. Ümid edirəm ki, bu Festival onları gələcəkdə daha böyük nailiyyətlər üçün ruhlandıracaq, həvəsləndirəcək. Bütün qonaqların yarışlardan, ölkəmizdən xoş təəssüratlarla ayrılacağına inanıram. Mən onların hər birinə təhlükəsiz, sağ-salamat geri dönüş arzu edirəm. Çox istərdim ki, onlar gələcəkdə qonaq kimi Bakıya qayıtsınlar”.
O, Oyunlara tamaşaçı marağının gözlənildiyindən də çox olduğunu, həndbol, atletika, üzgüçülük yarışlarına gündəlik sessiyalarda nəzərdə tutulan bütün biletlərin satıldığını, güləş, cüdo və gimnastika yarışlarında isə hətta nəzərdə tutulandan əlavə yerlər açmalı olduqlarını deyib.
Media nümayəndələrinin rolunu da xüsusi vurğulayan Azad Rəhimov idman obyektlərində hər gün orta hesabla 110-120 jurnalistin yarışları işıqlandırdığını məmnunluq hissi ilə bildirib. A. Rəhimovun sözlərinə görə, yarışla paralel olaraq “Olimpiya Mədəniyyəti və Təhsil Proqramı”, “Yeni Liderlərin İdman Liderliyi Proqramı” və “Dopinqdən istifadəyə qarşı monitorinq proqramı” layihələrinin həyata keçirilməsi də mühüm məqamlardandır.
Azərbaycan millisi 6 gündən sonra 23 medalla 2-ci sırada qərarlaşıb. A. Rəhimov nəticədən razı qaldıqlarını bildirib: "Belə yarışlarda diqqətimizi əvvəlki yarışlara yönəldirik. Son illər Avropa Gənclər Yay Festivalında az medal qazanırdıq və bu, bizi qane edə bilməzdi. Öz evimizdə bütün idman növlərində təmsil olunmaq imkanımız oldu. Bu da medal sayına təsir etdi. Ona görə də nəticədən razıyıq. Yarışda medal qazanan idmançılara diqqət daha da artırılacaq. Bilirsiniz ki, federasiyalar tək peşəkar idmançılara deyil, gənc və yeniyetmələrə də xüsusi diqqət yetirilir".
Nazir komanda idman növlərində nəticələrin zəif olmasına da toxunub: "Komanda idman növündə uğur qazana bilmədik. Yarışlarda hər növdə Avropanın 7 ən güclü yığması çıxış edirdi və biz 8-ci idik. Onlar arasında Avropa və dünya çempionları var. Basketbol yığmamızın Xorvatiyaya qalib gəlməsi bizi sevindirdi. Güləş, cüdo, üzgüçülük və gimnastika yarışlarında oldum. İş qrafiki bütün yarışlara getməyə imkan vermirdi".
Mətbuat konfransında iştirak edən Avropa Olimpiya Komitələrinin vitse-prezidenti Nils Nayqard çıxışında Festivalı olduqca yüksək səviyyədə təşkil etdiyinə görə Azərbaycan tərəfinə təşəkkürlərini çatdırıb, Bakı turnirinin gənclərin idman yarışı tarixində özəl yer tutacağını bildirib: "Bütün Avropa Gənclər Festivalları həmişə uğurla keçib. Bakı ilə bağlı onu deyə bilərəm ki, Avropa Oyunlarından qalan binalar çox gözəldir. Həmçinin yarışlarda Könüllülərin olması çox yaxşı təcrübədir. Bakı bizim üçün də çox gözəl təcrübə oldu".
C.Visaçki də yüksək səviyyəli təşkilatçılığa görə təşəkkür edib: "Buradan xoş təəssüratlarla ayrılır. Burada olan mütəxəssislər Azərbaycanı idman tədbirlərinin ən yüksək pilləsinə qoydular. Gələcəkdə də burada böyük idman tədbirlərinin keçirilməsinə dəstək verəcəyik".
Qeyd edək ki, Bakı-2019-un rəsmi bağlanış mərasimi saat 20:30-da "Kristal Zalı"nda keçiriləcək.
Azad Rəhimov: "Azərbaycan Festivalı yüksək səviyyədə keçirdi"
Olimpiada
Xəbər Lenti
Zelenski: Əbu-Dabidə keçirilən danışıqlarda irəliləyiş var və müharibənin sona çatması üçün ümid verib
Zelenskinin Stiv Uitkoff və Cared Kuşnerlə görüşü başa çatıb - YENİLƏNİB
Prezident “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş dəyirmi masada iştirak edib - YENİLƏNİB
UEFA Millətlər Liqasının qrup mərhələsində V tura start verilib - NƏTİCƏLƏR
İlham Əliyev Dublində Böyük Britaniyanın Baş naziri ilə görüşüb - YENİLƏNİB
İsrail Fransanın prezidentliyə namizədi Melanşona ölkəyə giriş qadağası qoyub
Leyla Əliyeva COP31 çərçivəsində şəhərlərdə havanın keyfiyyətinin yaxşılaşdırılmasına dair müzakirələrdə iştirak edib
Prezident İlham Əliyevin Litva Prezidenti Gitanas Nauseda ilə görüşü olub
Prezident İlham Əliyevin Antonio Koşta ilə görüşü olub
Prezident İlham Əliyev Dublində Rumıniya Prezidenti Nikuşor Dan ilə görüşüb
İranın Sirik şəhəri hücuma məruz qalıb
Husilər Səudiyyə Ərəbistanının neft şirkətinə zərbələr endirdiklərini açıqlayıblar
Kuşner sülh danışıqlarının yeni raundunun nə vaxt keçiriləcəyini açıqlayıb
Azərbaycanla Böyük Britaniya arasında Strateji Tərəfdaşlıq haqqında Bəyannamə imzalanıb - TAM MƏTN
UEFA Millətlər Liqası: Türkiyə qrupda beşinci oyunu da uduzub
Pezeşkian: Müharibə heç kimin maraqlarına uyğun deyil
Nyu-Yorkda yaşayış binasının uçması nəticəsində ölənlərin sayı 8-ə çatıb - YENİLƏNİB
Gəncədə nəvəsinin andiçməsində itkin düşən Astara sakininin meyiti Göygöldə tapılıb
Azərbaycan Prezidenti İlham Əliyevin Dublində Çexiyanın Baş naziri ilə görüşü olub
Prezident İlham Əliyevin Yunanıstanın Baş naziri Kiriakos Miçotakis ilə görüşü olub
Britaniya Rusiyanın 10 ən iri neft şirkətinə qarşı sanksiya tətbiq edib
Medinski: Avropalılar Ukrayna ilə bağlı danışıqlara qoşulmağa çalışırlar
COP31 çərçivəsində Sıfır Tullantı Muzeyinin açılışı olub
Dublində Prezident İlham Əliyevlə Nikol Paşinyanın görüşü keçirilib - YENİLƏNİB3
Uitkoff üçtərəfli danışıqların yeni mərhələsinin anonsunu verib
Kavelaşvili: Gürcüstan-Azərbaycan münasibətləri ortaq dəyərlərə əsaslanır
Türkiyədə helikopter qəzaya uğrayıb, dörd hərbçi şəhid olub
Qordana Silyanovska-Davkova Nizami Gəncəvi irsinə xüsusi ehtiramı olduğunu bildirib
Şimali Makedoniya Prezidenti: Azərbaycan heç bir planın kənarında qala bilməz
Şimali Makedoniya Prezidenti Azərbaycanın enerji resurslarının Avropa üçün önəmli olduğunu bəyan edib
Kobaxidze və Paşinyan regional sülhü müzakirə ediblər
Hörmüzün şərqində daha iki qayda pozuntusuna yol vermiş neft tankerində yanğın olub
Bakı Media Mərkəzinin istehsalı olan “Sükut içində addımlar” filminin təqdimat mərasimi keçirilib - FOTO
Gələn il Bakıda Dünya Bankı ilə birgə qlobal konfrans keçiriləcək
Prezident İlham Əliyev Dublində Bolqarıstanın Baş naziri ilə görüşüb
Fernando Muslera karyerasını bitirir
Kubanıçbek Ömüraliyev Türk İnvestisiya Fondunun prezidenti təyin olunub
BƏƏ-də zəncirvari qəza olub, 14 nəfər ölüb
Putinin Kremldə Uitkoff və Kuşnerlə danışıqları başa çatıb - YENİLƏNİB
Xocavənd sakinləri sosial müdafiə tədbirləri və mina təhlükəsi ilə bağlı maarifləndirilib
“Məclis.info”nun rəhbəri İmran Əliyevə və Elgiz Qəhrəmana hökm oxunub
Ukrayna ilk dəfə Baltik dənizində Rusiyanın “Kalibr” raketləri daşıyan döyüş gəmisini vurub
General Natiq Əliyevin külli miqdarda dələduzluqda ittiham olunan qızı barəsində ev dustaqlığı qərarı verilib
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısının açılış plenar sessiyasında iştirak edib - YENİLƏNİB
Azərikard süni intellekt və davranış əsaslı yeni həllini təqdim edib
“Nvidia” rəhbəri Yensen Huanq istefa verib
Vaşinqtonda Ağ Evin yaxınlığında atışma olub, azı 4 nəfər yaralanıb
FHN-də Konstitusiya Günü ilə bağlı tədbirlər keçirilib
Böyük Britaniya Rusiyanın 10 ən böyük neft hasilatçısı şirkətinə qarşı sanksiya tətbiq edib
AZAL yerli pilot hazırlığını genişləndirəcək, təlimatçıların sayı artırılacaq