Bolqarıstanın Varna şəhərində bədii gimnastika üzrə beynəlxalq turnir keçirilib.
APA-nın məlumatına görə, Azərbaycanı yarışda fərdi proqramda çıxış edən Yelizaveta Luzan və Fatimə Əkbərova təmsil ediblər.
Gimnastlarımız ümumi hesabda 5 medal qazanıblar. Belə ki, Y. Luzan çoxnövçülük xallarına əsasən ilk olaraq 3-cü yeri tutub. Ayrı-ayrı alətlər üzrə finallarda isə top və lent ilə çıxışları ona qızıl, gürzlərlə kompozisiyası isə bürünc medal qazandırıb.
F. Əkbərova lent ilə çıxışlarına görə 3-cü yerə sahib olub.