Bank Of Baku

Azərbaycan qılıncoynadanları dünya çempionatında mübarizəni dayandırıblar

Azərbaycan qılıncoynadanları dünya çempionatında mübarizəni dayandırıblar
# 17 iyul 2019 09:44 (UTC +04:00)

Macarıstanın paytaxtı Budapeştdə qılıncoynatma üzrə dünya çempionatı keçirilir. 

APA-nın məlumatına görə, Azərbaycan yığmasının üzvlərindən Kənan Əliyev və Ruslan Həsənov kişi şpaqaçıların şəxsi yarışında iştiraklarını başa vurublar. 

Qrup mərhələsində keçirdiyi 5 görüşdən 2-ni qalib bitirən K. Əliyev pley-offda Rusiya təmsilçisi Nikita Qlazkova 4:15 hesabı ilə uduzub. 

Qrupda keçirdiyi 6 görüşdən 3-də qələbə qazanan R. Həsənov isə pley-offda çexiyalı Jiri Berana 7:15 hesabı ilə məğlub olub. 

Bu gün Səbinə Kərimova, Sevil Bünyatova, Anna Başta və Valeriya Bolşakova qadın sablyaçıların şəxsi yarışında mübarizəyə qoşulacaq.

1 2 3 4 5 İDMAN XƏBƏR

Olimpiada

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR