Azərbaycan yığması Avropa Oyunlarına yola düşüb - FOTO

Azərbaycan yığması Avropa Oyunlarına yola düşüb - FOTO
# 20 iyun 2023 14:06 (UTC +04:00)

Krakov-2023 III Avropa Oyunlarında iştirak edəcək Azərbaycan yığması Polşaya yola düşüb.

Apasport.az saytının məlumatına görə, komandamızın yolasalma mərasimi Gənclər və İdman Nazirliyinin qarşısında baş tutub.

Tədbirdə gənclər və idman naziri Fərid Qayıbov, müavini Mariana Vasileva, komandamızın idmançı və məşqçi heyəti iştirak edib. Federasiyaların nümayəndələrinin və KİV təmsilçilərinin qatıldığı mərasim incəsənət xadimlərinin iştirakı ilə keçirilib.

Qeyd edək ki, 13 idman növündə mübarizə aparacaq komandamız və onu müşayiət edən nümayəndə heyəti tədbirin ardınca saat 17:00-da çarter reysi ilə Krakova uçmaq üçün Heydər Əliyev Hava Limanına yollanıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR