Bank Of Baku

Azərbaycan yığması III Avropa Oyunlarında 86 idmançı ilə iştirak edəcək

Azərbaycan yığması III Avropa Oyunlarında 86 idmançı ilə iştirak edəcək
# 14 iyun 2023 15:49 (UTC +04:00)

Polşada keçiriləcək III Avropa Oyunlarında iştirak edəcək Azərbaycan yığmasının heyətində yer alacaq idmançıların sayı bəlli olub.

Apasport.az saytının məlumatına görə, bunu Azərbaycan Gənclər və İdman Nazirliyinin idman şöbəsin müdiri Elnur Məmmədov açıqlayıb.

Azərbaycan idmançılarının Polşanın Krakov şəhərində keçiriləcək III Avropa Oyunlarına yollanması və iştirakı ilə bağlı mətbuat konfransında çıxış edən qurum rəsmisi bildirib ki, yığmamız səfərə 86 idmançı, 28 məşqçi və tibbi personalın 9 üzvü ilə yollanacaq. Heyətdə 123 nəfər yer alacaq: "Bir neçə idman növündə legionerlər olacaq. Amma əksəriyyətində öz atletlərimizdir”.

Qeyd edək ki, Krakov-2023-ə iyunun 21-də start veriləcək.

1 2 3 4 5 İDMAN XƏBƏR

Olimpiada

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR