XV Avropa Gənclər Yay Olimpiya Festivalının atletika yarışları davam edir.
APA-nın məlumatına görə, bu gün səhər sessiyasında Azərbaycan yığmasının üç üzvü mübarizəyə qoşulub.
Milli üzvlərindən Ləman Hüseynova hündürlüyə tullanma yarışında qüvvəsini sınayıb. Atletimiz təsnifat mərhələsində 1,49 m göstərici ilə 19 iştirakçı arasında sonuncu olub.
Qızların maneələri dəf etməklə 100 m məsafəyə qaçışında da Azərbaycan idmançısı ümidləri doğrultmayıb. Ayana Seyuşeva 17,19 saniyə nəticə ilə şəxsi göstəricisini yaxşılaşdırsa da, I mərhələdə 18 idmançı arasında 17-ci yerdə qərarlaşıb.
800 m məsafəyə qaçışda starta çıxan Vahid Kərimov isə finişə çatmayıb.