Bakıda keçirilən XV Avropa Gənclər Yay Olimpiya Festivalının həndbol yarışları davam edir.
APA-nın məlumatına görə, bu gün qrup mərhələsində sonuncu – III turun oyunları keçirilir.
Qızlardan ibarət Azərbaycan millisinin mübarizə apardığı B qrupunda günün hər iki matçı sona çatıb. Yığmamız Çexiya ilə qarşılaşıb.
İlk iki turda uduzan komandaların duelində rəqib qələbə qazanıb – 33:17. Beləliklə, millimiz qrupda 4-cü yeri tutub və 5-8-ci yerlər uğrunda mübarizə aparacaq. Komandamız iyulun 26-da A qrupunun üçüncüsü ilə görüşəcək.
Qeyd edək ki, qrupumuzun digər qarşılaşmasında yarımfinala vəsiqəni təmin edən komandalar üz-üzə gəlib və Macarıstan İsveçrəni 28:20 hesabı ilə məğlub edərək qrup qalibi olub.
|
Yer |
Ölkə |
O |
Q |
H |
M |
T |
X |
|
1 |
Macarıstan |
3 |
3 |
0 |
0 |
105-65 |
6 |
|
2 |
İsveçrə |
3 |
2 |
0 |
1 |
94-68 |
4 |
|
3 |
Çexiya |
3 |
1 |
0 |
2 |
79-87 |
2 |
|
4 |
Azərbaycan |
3 |
0 |
0 |
3 |
56-114 |
0 |