XV Avropa Gənclər Yay Olimpiya Festivalı çərçivəsində voleybol yarışları davam edir.
APA-nın məlumatına görə, bu gün qrup mərhələsində 3-cü turun oyunları keçirilir.
Oğlanlardan ibarət Azərbaycan millisi qrupdakı son matçında Rusiya ilə qüvvəsini sınayıb. Matç rəqibin “quru hesablı” qələbəsi ilə yekunlaşıb – 3:0 (25:15, 25:11, 25:23).
Qrupun digər oyununda Belarus Almaniyanı 3:1 (24:26, 25:21, 25:19, 25:19) hesabı ilə məğlub edib.
Bununla da Rusiya ilə Belarus yarımfinala yüksəlibsə, qrupda sonuncu olan yığmamız və Almaniya millisi 5-8-ci yerlər üçün mübarizə aparacaq. Komandamızın iyulun 26-dakı rəqibi B qrupunun üçüncüsü olacaq. Bu komanda günün son görüşlərindən sonra bilinəcək.
Yer |
komanda |
O |
Q |
M |
Set |
Top |
X |
1 |
Rusiya |
3 |
3 |
0 |
9-0 |
225-158 |
9 |
2 |
Belarus |
3 |
2 |
1 |
6-4 |
235-204 |
6 |
3 |
Almaniya |
3 |
1 |
2 |
4-6 |
214-244 |
3 |
4 |
Azərbaycan |
3 |
0 |
3 |
0-9 |
163-229 |
0 |