Bakıda keçirilən Avropa Gənclər Yay Olimpiya Festivalında həndbolçuların qrup oyunları başa çatıb.
APA-nın məlumatına görə, oğlanlardan ibarət Azərbaycan millisi A qrupunda son matçını keçirib.
Bunadək Almaniyaya 9:45, Danimarkaya 8:32 hesabı ilə uduzan yığmamız özü kimi iki məğlubiyyət alan Serbiya ilə üz-üzə gəlib. Yarımfinal şansı itənlərin duelində balkanlılar qalib gəlib – 39:9. Beləliklə, hər iki komanda 5-8-ci yerlər uğrunda mübarizə aparmalı olacaq. Qrup sonuncusu olan yığmamız iyulun 26-da digər qrupun üçüncüsü İslandiya ilə, Serbiya isə Sloveniya ilə görüşəcək.
Qeyd edək ki, qrup qalibi adına Almaniyanı 34:27 hesabı ilə yenən Danimarka yiyələnib. Yarımfinalda sonuncular Xorvatiya, Bundestim Fransa ilə görüşəcək.
yer |
komanda |
O |
Q |
H |
M |
T |
X |
1 |
Danimarka |
3 |
3 |
0 |
0 |
95-51 |
9 |
2 |
Almaniya |
3 |
2 |
0 |
1 |
103-60 |
6 |
3 |
Serbiya |
3 |
1 |
0 |
2 |
72-69 |
3 |
4 |
Azərbaycan |
3 |
0 |
0 |
3 |
26-116 |
0 |