Bakıda bədii gimnastika üzrə keçiriləcək dünya çempionatında iştirakçıların sayı açıqlanıb

Bakıda bədii gimnastika üzrə keçiriləcək dünya çempionatında iştirakçıların sayı açıqlanıb
# 26 avqust 2019 12:08 (UTC +04:00)

Bakıda keçiriləcək bədii gimnastika üzrə dünya çempionatında iştirak edəcək ölkələrin və idmançıların sayı dəqiqləşib.

APA-nın məlumatına görə, mundialda 62 ölkədən 312 idmançı xalça üzərinə çıxacaq.

Sentyabrın 16-22-də keçiləcək yarış Tokio Yay Olimpiya Oyunlarına əsas təsnifat xarakteri daşıyacaq. Olimpiadaya 98 vəsiqədən 41-i dünya çempionatında sahibini tapacaq.

Çoxnövçülükdə eyni ölkədən ikidən artıq olmamaqla, ilk 16 yeri tutacaq gimnastlar Yaponiya paytaxtında iştirak hüququ əldə edəcəklər. Qrup hərəkətlərində isə ilk “beşlik” dörd illiyin ən möhtəşəm yarışına vəsiqə qazanacaq. DÇ-2018-də mükafat qazanan Rusiya, İtaliya və Bolqarıstan artıq Tokio-2020-yə çıxdığından 6-8-ci yerlər də Oyunlara lisenziya şansı əldə edə bilərlər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR