Bank Of Baku

BOK Rusiyanın Tokio-2020-dən kənarlaşdırılmaq ehtimalına münasibət bildirib

BOK Rusiyanın Tokio-2020-dən kənarlaşdırılmaq ehtimalına münasibət bildirib
# 04 iyun 2019 17:11 (UTC +04:00)

Beynəlxalq Olimpiya Komitəsi (BOK) Rusiya millisinin 2020-ci ildə keçiriləcək Tokio Yay Olimpiya Oyunlarına buraxılmamağı ilə bağlı ehtimallara münasibətini açıqlayıb. 

APA-nın məlumatına görə, BOK Böyük Britaniya mətbuatında yayılan xəbərlərin qurumla bağlılığı olmadığını qeyd edib. 

Bildirilir ki, bu məsələ WADA və İAAF-ın səlahiyyətlərindədir. 

Qeyd edək ki, Rusiya yığması hündürlüyə tullanan Danil Lısenko ilə bağlı davam edən dopinq araşdırmalarının səbəb olduğu qalmaqala görə problemlə üzləşib. 4 illik diskvalifikasiya edilməsi gözlənilən atletlə bağlı araşdırmalar zamanı bəlli olub ki, yerli federasiya dopinq məsələlərində nəticələri saxtalaşdırmağa cəhd edib. 

1 2 3 4 5 İDMAN XƏBƏR

Olimpiada

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR