Bank Of Baku

Boksçumuz İslamiadada qızıl medal qazanıb

Boksçumuz İslamiadada qızıl medal qazanıb
# 10 noyabr 2025 22:44 (UTC +04:00)

Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyad şəhərində keçirilən VI İslam Həmrəyliyi Oyunları çərçivəsində boks yarışları davam edir.

Apasport.az saytının turnirə ezam olunan əməkdaşı xəbər verir ki, 80 kiloqram çəki dərəcəsində döyüşən Səidcəmşid Cəfərov bu gün final görüşünə çıxıb.

İdmançımız türkiyəli Sultan Osmanlı ilə üz-üzə gəlib.

Təmsilçimiz bu görüşdə qalib gələrək qızıl medala sahib çıxıb.

Qeyd edək ki, Azərbaycan idmançılarının da iştirak etdiyi VI İslam Həmrəyliyi Oyunlarının bağlanış mərasimi noyabrın 21-də keçiriləcək.

1 2 3 4 5 İDMAN XƏBƏR

Olimpiada

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR