Çinli idmançı: Azərbaycanı çox sevdim - FOTO

Çinli idmançı: Azərbaycanı çox sevdim - FOTO
# 21 avqust 2023 21:30 (UTC +04:00)

Bakıda atıcılıq üzrə dünya çempionatı bu gün olimpiya növü olan 50 metr məsafəyə 3 mövqedən atəş üzrə qadınlar arasında final yarışı ilə davam edib.

APA xəbər verir ki, yarışın ilk iki qalibi – Qiongyu Janq və Ciayu Han müvafiq olaraq qızıl və gümüş medala sahib olublar. Yarışın bürünc medalı isə ABŞ atleti Saden Madalenaya çatıb.

Qiongyu Janq öz ölkəsinə “Paris-2024” Yay Olimpiya Oyunlarına lisenziya qazandırıb. Digər lisenziyaları Almaniya, Hindistan və Monqolustan atletləri əldə edib.

Çin təmsilçisi 19 yaşlı Qiongyu Janq paytaxtımızdakı qələbənin karyerasında bir ilk olduğunu deyib: “Bu, mənim ilk qızıl medalımdır və ilk dəfə olimpiadada iştirak edəcəyəm. Bizim uğur qazanmağımızın sirri bundadır ki, komanda olaraq həmrəy oluruq. Hamımız birlikdə səylə çalışırıq və uğur qazanacağımıza inanırıq. Azərbaycana gəldiyimə görə şadam. Bu ölkəni çox sevdim. İnsanları mehriban və qonaqpərvərdirlər. Bunu mütləq qeyd etməliyəm. Atıcılıq Mərkəzi də möhtəşəmdir. Burada yaradılan şərait, xüsusilə də yaşıllıq zonalarının çox olması atletlərin əhvalına müsbət mənada təsir edir”.

Janq Bakıda qazandığı qızıl medalın bir ay sonra vətənində keçiriləcək Asiya Oyunlarındakı çıxışına təsir edəcəyini də xüsusi qeyd edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR