Endryu Parsons: Biz idmana inkluzivlik üçün bir vasitə kimi baxırıq

Endryu Parsons: Biz idmana inkluzivlik üçün bir vasitə kimi baxırıq
# 28 iyun 2023 15:17 (UTC +04:00)

Biz idmana inkluzivlik üçün bir vasitə kimi baxırıq.

APA xəbər verir ki, bunu Beynəlxalq Paralimpiya Komitəsinin prezidenti Endryu Parsons Bədən Tərbiyəsi və İdman üzrə Məsul nazirlərin və yüksək vəzifəli şəxslərin (MINEPS VII) Bakıda keçirilən VII Beynəlxalq Konfransında çıxışında deyib.

“Dünyada insanların 15%-i fiziki məhdudiyyətlidir və onlar diskriminasiyanı hiss edirlər, lakin idman neqativ barierləri aradan qaldırmağa və bu şəxslərin cəmiyyətdə daha fəal olmasına imkan verir. İdman əlillər üçün dəbdəbə hesab edilməməlidir, idmanla məşğul olmaq onların hüququdur. Onların idmana tam cəlb olunması üçün bütün lazımi şərait yaratmaq lazımdır”, - deyə o bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR