İrina Zaretska: Polşadan ən yaxşı nəticə ilə dönməyə çalışacağam

İrina Zaretska: Polşadan ən yaxşı nəticə ilə dönməyə çalışacağam
# 20 iyun 2023 14:01 (UTC +04:00)

“Polşada kimsə sürpriz edə bilər. Artıq yarışın keçiriləcəyi məkana yollanırıq”.

Apasport.az saytının məlumatına görə, bunu Azərbaycan karateçisi İrina Zaretska deyib.

O, idmançılarının Polşada keçiriləcək III Avropa Oyunlarına yolasalma mərasimində jurnalistlərə açıqlama verib. 68 kq çəki dərəcəsində çıxış edən Avropa və dünya çempionu yenə qalib olmaq arzusundadır: “Hər şeyin yaxşı olacağına ümid edirəm. Premyer Liqanın geridə qalan mərhələlərində bir qızıl, bir bürünc medal qazanmışam. Bilirəm ki, Avropa Oyunlarında yüksək reytinqli rəqiblərlə qarşılaşacağıq. Mən bütün gücümlə yarışa hazıram. Polşadan ən yaxşı nəticə ilə dönməyə çalışacağam”.

Qeyd edək ki, III Avropa Oyunları sabah başlayacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR