Belarusun paytaxtı Minskdə keçirilən II Avropa Oyunlarında çıxış edən Azərbaycan atıcısı Nigar Nəsirova daha bir növdə çıxışını başa vurub.
APA-nın Minskə ezam olunmuş əməkdaşının məlumatına görə, xanım idmançımız pnevmatik tapança ilə 10 metrdən atəş açmaqda mübarizə aparıb.
Təsnifat mərhələsində 295 xal yığan N.Nəsirova yarışda 13-cü yeri tutub. Bu nəticə ona finala yüksələn 8 idmançı arasına düşməyə imkan verməyib.
Qeyd edək ki, yarışın qalibi adına serbiyalı Zorana Arunoviç yiyələnib.