Minsk-2019: Azərbaycan badmintonçusu Avropa Oyunlarına qələbə ilə başlayıb

Minsk-2019: Azərbaycan badmintonçusu Avropa Oyunlarına qələbə ilə başlayıb
# 24 iyun 2019 18:03 (UTC +04:00)

Belarusun paytaxtı Minskdə keçirilən II Avropa Oyunlarında badminton idman növündə yarışlara start verilib.

APA-nın Minskə ezam olunmuş əməkdaşının məlumatına görə, kişilərin fərdi mübarizəsində qrup mərhələsinin oyunları başlayıb.

Azərbaycanı təmsil edən Ezmi Qovimuramadhoni G qrupunda ilk matçına çıxıb. O, Rumıniya idmançısı Kollins Valentin Filimonla üz-üzə gəlib.

İlk setdə qalib gələn idmançımız ikinci hissədə məğlub olub. Qarşılaşmanın taleyi 3-cü setdə həll olunub. Qalib gələn idmançımız yekunda matçdan qələbə ilə ayrılıb – 2:1 (21:19, 18:21, 21:10).

Qrupun digər oyununda lüksemburqlu Robert Mann və Rusiya idmançısı Vladimir Malkov qarşılaşaq.

Qeyd edək ki, badmintonçumuz iyunun 25-də lüksemburqlu Robert Mann, 26-da qrupun reytinq favoriti Rusiya idmançısı Vladimir Malkovla görüşəcək. Turnirin reqlamentinə əsasən, qrup mərhələsində ilk 2 yeri tutan badmintonçu 1/8 final mərhələsinə vəsiqə qazanacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR