Azərbaycan yığmasının daha bir boksçusu II Avropa Oyunlarında mübarizəyə başlayıb.
APA-nın Minskə ezam olunmuş əməkdaşının məlumatına görə, Belarusun paytaxtı Minskdə keçirilən yarışda 91 kq çəki dərəcəsində çıxış edən Rahil Məmmədli 1/16 final görüşünü keçirib.
Təmsilçimiz “Urçiye Arena”nın rinqində bolqarıstanlı Radoslav Panteleyevlə qarşılaşıb. Qarşılaşmadan məğlub ayrılan təmsilçimiz Avropa Oyunlarında mübarizəni dayandırıb.
Qeyd edək ki, bunadək rinqə çıxan Tayfur Əliyev 1/8 finala adlayıb.