Bank Of Baku

Paris-2024: İlham Zəkiyev bürünc medal qazanıb

Paris-2024: İlham Zəkiyev bürünc medal qazanıb
# 07 sentyabr 2024 19:32 (UTC +04:00)

Paris-2024 paralimpiya oyunları davam edir.

Apasport.az xəbər verir ki, bu gün cüdo yarışlarında növbəti çəkilərin qalibləri bəlli olur.

90+ kq çəkinin J1 kateqoriyasında çıxış edən İlham Zəkiyev 1/4 finalda fransalı Ceyson Qrandraya uduzub. Buna baxmayaraq o, təsəlliverici görüşdə iştirak hüququ qazanıb. Burda niderlandlı Daniel Kneqtə qalib gələn Zəkiyev bürünc uğrunda həlledici görüşə vəsiqə qazanıb.

Təmsilçimiz monqolustanlı Qanbat Dashtsereni də məğlub edərək 3-cü pillənin sahibi olub.

1 2 3 4 5 İDMAN XƏBƏR

Olimpiada

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR